Saakaşvili qaldığı oteldən yoxa çıxıb

Saakaşvili qaldığı oteldən yoxa çıxıb
“Yeni güclərin hərəkatı”nın lideri Mixail Saakaşvili yoxa çıxıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Lvovda qaldığı oteldən gecə yarısı çıxan siyasətçi geri qayıtmayıb. Saakaşvilinin vəkili bəyan edib ki, müştərisinin harda olmasından xəbərsizdir, lakin Çernovçıya getmiş ola bilər.

Hüquq-mühafizə orqanlarındakı mənbələr isə bildiriblər ki, siyasətçi əyalətin sərhədlərini keçməyib.

Qeyd edək ki, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru və vətəndaşlıqdan çıxarıldığı üçün Polşada yaşamağa başlayan Mixail Saakaşvili öz tərəfdarları ilə birlikdə Ukraynaya keçib. Saakaşvilinin Ukraynaya girişindən sonra ölkədə həbslər başlayıb. Prezident Petro Poroşenko baş verən insidenti cinayət adlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...