Bakıda biabırçılıq: "Hollywood Cinema Club" cinsi azlıqların məskəni imiş — VİDEO

Bakıda biabırçılıq: "Hollywood Cinema Club" cinsi azlıqların məskəni imiş —

Fəaliyyətə əsasən axşam saatlarında başlayır və gecə səhərə qədər davam edir... Müştərilər isə elə ilk baxışdan klub haqqında mənfi fikrin formalaşmasına səbəb olurlar. GUNDEMİNFO.AZ xəzərxəbər-ə istinadən xəbər verir ki, söhbət "Hollywood cinema club" şəbəkəsinin Badamdar 77 ünvanında yerləşən klubundan gedir.
Həmin ünvanda yaşayan sakinlər deyirlər ki, kluba gələnlər əsasən cinsi azlıqların nümayəndələridi. İddialara görə, klub "cinema" adı altında fəaliyyət göstərsə də, əslində içəridə baş verən gizli məqamlar da var.

Belə bir klubun yaşayış məntəqələrinin yaxınlığında fəaliyyət göstərməsi isə insanları çox narahat edir.

Biz də bu iddialar əsasında həmin məkana daxil olduq. Klubun sahibi Əliyar Qasımovdan məkanın fəaliyyəti barədə məlumat öyrəndik.

Əliyar Qasımov dedi ki, bütün müştərilərə eyni münasibət göstərirlər. Yəni kiməsə xarakterinə görə kluba girməyə qadağa qoya bilməzlər.
Bəli, Azərbaycan tolerant ölkədir, buna baxmayaraq həm də bir Şərq ölkəsi kimi milli dəyərlərinə bağlı bir xalqdır. Odur ki, bu tip insanların belə ictimai yerlərdə əylənməsi birmənalı qarşılanmır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...