Azərbaycanın ən dağıdıcı zəlzələləri - Yarım milyon insan həyatını itirib

Azərbaycanın ən dağıdıcı zəlzələləri -


Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədlinin Bakıda ola biləcək 8 ballıq zəlzələlərlə bağlı açıqlaması 2 gündür, müzakirə predmetinə çevrilib.

BakuPost.az mövzunun aktuallığını nəzərə alaraq, Azərbaycanda baş vermiş ən dağıdıcı zəlzələlərin xronologiyasını təqdim edir:

Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edir. Belə ki, 427-ci ildə Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə 9 bal gücündə baş verən zəlzələ nəticəsində yüz minlərlə insan həlak olub.

700 il sonra, 1139-cu ilin sentyabrın 30-da Gəncədən 50 km cənubda yenidən dəhşətli zəlzələ baş verib. Belə ki, 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.

1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olmuş "Zurnabad zəlzələsi" qeydə alınıb.

Azərbaycan tarixində ən böyük zəlzələlərdən biri 1667- ci ildə Şamaxıda baş verib. Zələzələnin gücünün 10 bala qədər olduğu ehtimal olunur. 1669 və 1671-ci illərdə Şamaxıda baş verən zəlzələlərin gücü də tarixdə ən dağıdıcı zəlzələ kimi qeyd olunur.

ABŞ-ın Geologiya İdarəsi dünyanın ən çox can alan 28 böyük zəlzələsinin siyahısını hazırlayıb. Həmin siyahıda 1667-ci ildə baş verən Şamaxı zəlzələsi də yer alır:

Azərbaycanın ən dağıdıcı zəlzələləri -



Azərbaycan ərazisində 9 ballıq seysmik zonaya daxil olan Şamaxıda tarix boyu dəfələrlə güclü zəlzələlər baş verib. Lakin sonuncu dəfə 1902-ci ilin fevral ayının 13-də baş vermiş 9-10 ballıq zəlzələ nəticəsində Şamaxı şəhəri yerlə-yeksan olub.

Belə ki, həmin gün səhər tezdən başlayaraq hiss olunan zəif titrəyişlərə şəhər əhalisi əvvəlcə əhəmiyyət verməyib. Çünki seysmik cəhətdən aktiv olan bu ərazidə tez-tez baş verən zəlzələlərə yerli əhali artıq öyrəncəli olub. Günorta vaxtı isə qəflətən şimal-qərb istiqamətində yerləşən dağlar tərəfdən dəhşətli gurultu eşidilib və bir-birinin ardınca baş verən beş güclü təkan şəhəri tamamilə məhv edib. 900 illik tarixi olan Cümə məscidi və digər qədim binalar torpaq içərisində görünməz olub. Birinci təkandan sonra baş verən yanğın faciənin miqyasını daha da artırıb. Belə ki, qış vaxtı olduğundan, bir çox tikililərdə qızdırıcı kimi manqallardan istifadə edilirdi. Yanğına da həmin manqallar səbəb olub. Zəlzələdən salamat qalan əşyaları yanğın külə çevirib. Bu dəhşətli zəlzələ nəticəsində, təxminən, 2000 nəfər həlak olub.

Eyni zamanda, Şamaxı zəlzələsi Abşeron yarımadasının ən iri vulkanlarından biri olan Güzdək Bozdağ vulkanının oyanmasına da səbəb olub. Püskürmə zamanı vulkanın kraterində daldalanan 6 çoban və 2000 baş mal-qara bir anın içərisində məhv olub.
Azərbaycanın ən dağıdıcı zəlzələləri -
Azərbaycanın ən dağıdıcı zəlzələləri -

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində baş vermiş güclü zəlzələlərin xronologiyası və xəritəsində dağıdıcı zəlzələlərin çoxunun Şamaxıda baş verdiyini açıqlayıb. Bu zəlzələlər 8-9 bal gücündə qeydə alınıb. Dağıdıcı zəlzələlərin baş verdiyi ərazilər sırasında Şamaxı, Gəncə, İsmayıllı, Ağdaş, Kəlbəcər, Culfa, Bakı da var. Azərbaycanın Şəki-Zaqatala, Şamaxı-İsmayıllı istiqamətləri, Talış dağ sistemi, Xəzər dənizi xüsusi aktiv zona hesab edilir.

Sonuncu dağıdıcı zəlzələ 2000-ci ildə 6,5 bal gücündə Bakıda baş verib. Bu zəlzələ nəticəsində tikililərdə çoxsaylı çatlar əmələ gəlib, suvaqlar qopub düşüb, bəzi evlərin divarları aşıb və bir neçə insan həlak olmuşdu:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1350 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...