Ərdoğan: Türkiyə Suriyada yeni dövlətin yaranmasına imkan verməyəcək

Ərdoğan: Türkiyə Suriyada yeni dövlətin yaranmasına imkan verməyəcək

Türkiyə Suriyanın şimalında yeni kürd dövlətinin yaranmasına icazə verməyəcək.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan yerli icra başçılarının 39-cu toplantısında deyib.

R.T.Ərdoğan qeyd edib ki, YPG və PYD üçün hər hansı dövlətin qurulması yolverilməzdir: "Bəziləri “kürd dövləti” deyib durur. YPG və PYD terror təşkilatlarıdır. Suriyada başqa bir dövlətin qurulmasına əsla icazə verməyəcəyik. Bu vətəni bölməyə çalışanlara hər tərəfi məzar edərik".

Suriyanın şimalında 2 min kvadratkilometr Türkiyənin nəzarəti altında olduğunu xatırladan Ərdoğan bəyan edib ki, o və ölkəsi terrorçuların planına mane olmaq üçün əllərindən gələni edəcək: “Cerablus, Rai, Əl-Babı terrorçulardan təmizlədik. Oradakı 2 min kvadratkilometrlik sahəyə nəzarət edirik. Onların hədəfi Aralıq dənizinə çıxmaqdır. Cudi, Tendürek, Kandil, Gabarda terrorçulara qarşı apardığımız mübarizəni hər yerdə davam etdirəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...