Rusiyada idmançını öldürən azərbaycanlı döyüşçü tutuldu - Foto + Video + Yenilənib
Rusiyanın pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçev (120 kq) Xabarovsk şəhərində küçə davası zamanı öldürülüb.
“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, idmançının qətlə yetirildiyi anın videosu “YouTube”da yerləşdirilib.
Görüntülərdə A. Draçevi bir neçə nəfərin əhatəyə aldığı, digər bir şəxsin isə onu yerə yıxaraq əli ilə dəfələrlə başından zərbə ilə vurduğu əks olunub.
***
Gundeminfo.az “Report”a istinadən xəbər verir ki, Xabarovsk polisi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürməkdə şübhəli bilinən şəxs Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur.
Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hazırda polis onun ola biləcəyi hər yeri axtarır və şəhərin müşahidə kamerasını nəzərdən keçirir:
“Bu, onun yaşadığı, olduğu və dincəldiyi yerlərdir. Onun tanışlarının bütün dairəsi öyrənilir”, - deyə İdarədən bildirilib.
Hüquq-mühafizə orqanları həmçinin hava limanını, vağzalları və yolları yoxlayırlar. Şübhəli şəxsin olduğu istiqamətə post-patrul xidmətinin bütün əməkdaşları göndərilib.
Harada yaşaması ilə bağlı pasport qeydiyyatının tələb olunmadığı mehmanxanaların sahibləri bu barədə məlumatlandırılıb.
***
Xabarovsk şəhərində Andrey Draçovu döyərək ölümünə səbəb olmuş azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənov saxlanılıb.
Hazırda faktla bağlı istintaq aparılır.
1261 dəfə oxundu