"Maga" ilə bağlı FHN-dən açıqlama - "Heç bir zaman FHN sistemində işləməyib"

"Maga" ilə bağlı FHN-dən açıqlama -

Bu gün bəzi kütləvi informasiya vasitələrində Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə yarışa çıxdığı üçün haqqında bir aylıq inzibati həbs qərarı verilən Mirməhəmməd İsmayılovun Fövqəladə Hallar Nazirliyinin akademiyasında oxuduğu və bu hadisəyə qədər də nazirliyin əməkdaşı olduğu barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Bildirilir ki, M. İsmayılov 2012-ci ildə həqiqətən də FHN-nin akademiyasına qəbul olmaq üçün sənədlərini təqdim edib.

Lakin o, Akademiyaya qəbul olmaq üçün qabiliyyət imtahanından keçsə də, test imtahanından keçə bilməyib. Nəticədə M.İsmayılov nazirliyin akademiyasına qəbul olmaq hüququ əldə etə bilməyib.

Nazirlikdən o da qeyd edilib ki, həmçinin, M.İsmayılov heç bir zaman FHN sistemində hər hansı işdə işləməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...