Bu gün əsla BUNLARI ETMƏYİN! - Ay tutulmasının bürclərə İNANILMAZ TƏSİRİ

Bu gün əsla BUNLARI ETMƏYİN! -


Ay tutulması baş verən günlər tarixin ən əlamətdar hadisələri siyahısındadır. Bu təbii hadisələrin dərin mənası var və onlar insan taleyini müsbət yöndə dəyişə bilər. Bizdən tələb olunan tək şey bu təbiət hadisəsi zamanı yaranan güclü enerjini zərərimizə deyil, xeyirimizə istifadə etməkdir.

7 avqus 2017-ci il tarixində baş verəcək ay tutulmasını nəinki astronomlar, həmçinin astroloqlar da yüksək dəyərləndirirlər. Axı, məhz bu astronomik hadisə həyati ünsürlərə fərqli yöndən baxmağa yardımçı olacaq.
Publika.az bildirir ki, bu gecə baş verəcək ay tutulması ətrafdakılarla aramızda olan qarşılıqlı ədavəti aradan qaldıracaq iş, məişət və digər sahələrdəki problemlərimizi həll edəcək.

Ay tutulmasının dəqiq tarixi bugündür. Bu hadisə ayın bir hissəsinin tutulması ilə müşaiyət olunacaq və 1 saat 55 dəqiqə müddətində davam edəcək. Ay tutulmasını Avstraliya, Afrika, Asiya, Avropa sakinləri müşahidə edə biləcəklər.
Fevralda olduğu kimi avqustda da ay tutulması dolça - şir bürçləri altında baş verəcək. Hava və alov ünsürünü özündə ehtiva edəcək. Astroloqlar hesab edirlər ki, Günəş Dolçada, Ay isə Şir bürcündə harmonik əlaqə yaradır. Bu, isə mövcud problemləri təbiətin köməyilə həll etmək yolunda əvəzsiz fürsətdir.

Bu gecə baş verəcək möhtəşəm ay tutulması insanlara həyatın yeni mərhələsinə adlamaq imkanı yaradacaq. Köhnə uğursuzluqları unudub, gələcəyə inamla addımlamaq yolunda dərin həvəs qazandıracaq. Hər kəsə sonsuz daxili rahatlıq və harmoniya bəxş edəcək.



Ay tutulması zamanı nələri etmək olmaz?
Astrologiya elmi qədim mədəni ənənələr və əsrlərdən bəri mövcud olan biliklər əsasında idarə olunur. Odur ki, bu proses baş verən zaman əməl etməli olduğumuz bir sıra qadağalar mövcuddur.
Kütlənin geniş olduğu məkanlara və tədbirlərə qatılmayın.
Maliyyə məsələlərini və pulköçürmə əməliyyatlarını bugün həll etməyin.
Daşınmaz əmlak və bahalı əşyalar almayın.
Vacib sənədlər və müqavilələr imzalamayın.
Bir çox astroloqlar bugün sükan arxasında əyləşməməyi də tövsiyə edirlər.
Bu gün baş verəcək ay tutulmasının bürclər üzərində təsiri:


Qoç

Bu bürc altında dünyaya gələn şəxslər bugün böyük daxili enerji hiss edəcəklər. Axşam saatlarında enerji burulğanı pik həddə çatacaq. Astroloqlar qoçlara bugün öz güclərindən tam istifadə edib, fikirlərini həllini gözləyən məsələlərə yönəltməyi tövsiyə edirlər.

Buğa

Bu bürc altında doğulan insanlar bugün münaqişələrdən yan keçməlidirlər. Buğalar daim istənilən yolla həqiqətin bərqərar olmağına çalışırlar. Onların qəlbinin bir köşəsində köhnə incikliklər durur. Öz emosiyalarını tənzimləyə bilmirlər. Odur ki, astroloqlar bugün buğalara daha təmkinli davranıb, hislərini büruzə verməməyi məsləhət görürlər.

Əkizlər

Bu bürc altında doğulan insanlar çox vaxt seçim qarşısında qalır, nə istədiklərinə dəqiq qərar verə bilmirlər. Mütəxəssislər bu gün əkizlərə güclərini yalnız bir yöndə sərf etməyi tövsiyə edirlər.

Xərçəng

Ay tutulması zamanı bütün xərçənglərdə səbəbi bilinməyən öncədən hissetmə xüsusiyyəti güclənəcək. Bu gün xərçənglərdə ailədə və işdə münaqişə baş verə bilər. Odur ki, özünüzü bu xoşagəlməz haldan qorumağınız məsləhətdir.

Şir

Xoşbəxtlik və incə hislər gün ərzində şirləri müşaiyət edəcək. Bugünü öz doğmalarınızla birgə keçirin. Birgə istirahətə və ya gəzintiyə yollanın. Gündən maksimal həddə zövq almağa çalışın.

Qız

Əsəb, qıcıqlanma və digər mənfi hislər bugün qızlardan yan keçməyəcək. Lakin ay tutulması bitəndən sonra qızlar qəribə daxili rahatlıq tapacaqlar.


Tərəzi

Bugün tərəzilər romantik əhvala köklənəcəklər. Subay tərəzilər üçün yeni tanışlıqlar gözlənilir. Bu gün ailəli tərəzilər üçün də çox əlverişli sayılır.

Əqrəb

Ay tutulmasının güclü enerjisi əqrəblərə böyük təsir göstərəcək. Yeni arzular, fikirlər sərhəd tanımayacaq. Astroloqlar əqrəblərə qəlblərinin səsini dinləyərək hərəkət etməyi məsləhət görürlər. Əks halda uğursuzluq onları tərk etməyəcək.

Oxatan

Ay tutulması oxatanlara qəribə yorğunluq hissi daddıracaq. Fiziki yorğunluğun zirvəsində olan Oxatanların zehni isə əksinə bugün çox iti çalışacaq. Bir sıra cavabsız suallar öz həllinə qovuşacaq.

Oğlaq

Bugün bütün oğlaqlarda özlərinə sonsuz güvən hissi və əminlik yaranacaq. Bu hal özünü daha çox iş həyatında göstərəcək. 7 avqust Oğlaqlarlın karyerasında yeni parlaq səhifə açacaq.

Dolça

Bugün dolça bürcü altında doğulan insanlar bütün güclərini incəsənət sahəsində olan bacarıqlarını reallaşdırmağa yönləndirsələr çox uğurlu nəticə əldə edə biləcəklər. Gün ərzində yarana biləcək xırda məişət problemləri dolçaları yolundan döndərməməlidir.

Balıqlar

Ay tutulması Balıqları biraz tənbəlləşdirəcək. Təbii ki, hərdən dincəlmək də lazımdır. Amma günün pozitiv enerjisindən tam yararlanmaq üçün, biraz fəal olmaq lazım gələcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1167 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...