Emin Ağalarov Bakıda 5 milyon dollar xərcləyib

Emin Ağalarov Bakıda 5 milyon dollar xərcləyib

Azərbaycanlı iş adamı, müğənni Emin Ağalarovun Bakıda ötən həftə keçirilən “Jara” musiqi festivalına nə qədər pul xərclədiyi açıqlanıb

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, festivalın təşkilatçılığına iş adamının 5 milyon dollar xərci çıxıb.

Bu pullar Rusiya şou-biznesinin ulduzlarına verilən qonorarlara, onların Bakıdakı xərclərinə və s. sərf olunub. Festival Emin Ağalarovun şəxsi mülkü olan, Nardaranda , dəniz sahilində yerləşən “Sea Breeze” malikanəsində keçirildiyindən xərclərə bir qədər qənaət etmək mümkün olub, əks halda xərclər 5 milyon dolları keçərdi.

Festivala 50 min tamaşaçı qatılıb, biletlər bir ay əvvəldən satılıb qurtarmışdı. Biletlərin qiyməti 400 manat olsa da tamaşaçılardan daxil olan vəsait xərcləri ödəməyə bəs etməyib. Emin Ağalarov özü Rusiya mətbuatına müsahibəsində deyib ki, “Jara” festivalı xərclərini ödəməmir və görünür daha bir neçə il belə olacaq. Buna baxmayaraq festival Emin Ağalarovun “Sea Breeze” malikanəsi ərazisində həyata keçirməyə hazırlaşdığı developer layihəsinin reklamıdır və biznesmen hesab edir ki, “Jara”ya pul xərcləsə də gələcəkdə bu pulları biznes layihələrindən geri qaytaracaq.

Xatırladaq ki, festivala Rusiya şou-biznesinin bir çox tanınmış simaları qatılıb. Rusiya magazin mediası festivala güclü informasiya dəstəyi verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...