Yol polisi bu gündən cərimələməyə başladı

Yol polisi bu gündən cərimələməyə başladı
Avqustun 1-də Azərbaycanda xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti başa çatıb.
Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, bu gün dən avtomobillərini texniki baxışdan keçirməyən maşın sahibləri inzibati məsuliyyətə cəlb olunacaqlar.

Belə ki, fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobilləri 1 may-31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir.

Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.

Yük avtomobilləri və avtobusların texniki baxışı isə 1 avqust-31 oktyabr tarixləri aralığında aparılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
889 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...