Şəmkirdə dəbdəbəli toyu olan bəy danışdı: "Səhər 6-da dururam, harınlamış oğlan deyiləm"
Azərbaycanda səs küyə səbəb olan Şəmkirdəki dəbdəbəli toyun bəyi Natiq Musayev onun haqqında yazılanlara münasibət bildirib.
Dəbdəbəli toyu olan Natiq BAKU.WS-ə əziyyətlə pul qazanaraq toy etdiyini deyib. O, səhər 6-da durub hər gün işə getdiyini və il ərzində ancaq 3 ay istirahət etdiyini deyib:
"Burada nə var ki, Mustafa (türk müğənni Mustafa Ceceli) toyuma gəlib də. Dəbdəbəli toy deyildi. Normal toy idi. Mətbuatda şişirdilib yazılır. Mən hər gün saat 6-da durub işə gedirəm. Mən əziyyət çəkib pul qazanıram. Harınlamış uşaq deyiləm”.
O, Mustafa Cecelini əmisi tərəfindən toya hədiyyə edilməsi iddiası haqda da danışıb: "Atamla-əmim, mənim üçün ikisi də bir adamdır. Atam, mən və əmim bir yerdə işləyirik”.
Qeyd edək ki, oğlanın əmisi Rusiyanın Sankt-Peterburq şəhərinin meyvə-tərəvəz bazarının 80 faizindən çoxunu, eləcə də, Azərbaycandan bu şəhərə meyvə-tərəvəz təchizatını nəzarətdə saxlayan "Akhmed Fruit Co” şirkətinin sahibi Aydın Paşa oğlu Musayevdir. "Akhmed Fruit Company” şirkəti 15 ildən çoxdur ki, fəaliyyət göstərir və nəinki Azərbaycandan, eləcə də Avropa ölkələrindən (sanksiyalardan qabaq), Afrikadan, Cənubi Amerikadan Rusiya bazarlarına meyvə-tərəvəz idxalı ilə məşğul olur.
1572 dəfə oxundu