Kreml Qarabağ “sərhədlərini” mühafizəyə hazırlaşır - ŞOK

Kreml Qarabağ “sərhədlərini” mühafizəyə hazırlaşır -

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd qoşunları ilə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları birgə təlim keçirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti yayıb. Təlimdə sərhəd pozucularının İrandan qondarma Dağlıq Qarabağ ərazisinə keçməsinin qarşısının alınması ssenarisi işlənilib.

Təlimdə həmçinin Dağlıq Qarabağın daxilinə keçməyə çalışan sərhəd pozucularının axtarılması ilə bağlı Rusiya və Ermənistanın birgə fəaliyyəti də hazırlanıb.

Rusiya tərəfinin məlumatına görə, təlim Ermənistanın cənubundakı Syunik vilayətində keçirilib.

Qeyd edək ki, Rusiya Ermənistanın Türkiyə və İran sərhədlərini qoruyur. Moskva bu ərazilərin mühafizəsini 1992-ci ildən bəri təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...