Tramp Putinlə görüşdə sanskiyaların yumşaldılmasını təklif edəcək – “The Guardian”
Prezidentin Rusiya lideri ilə görüşlə bağlı hədsiz canfəşanlığı və istəkliliyi administrasiya içində gərginliyə səbəb olub.
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Almaniyada keçiriləcək “Böyük 20” ölkələrinin sammitində çox arzu etdiyi kimi, rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşəcək.
Bununla bağlı prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Herber Makmaster jurnalistlərə məlumat verib.
Qərb mətbuatını ən çox maraqlandıran sual Trampın bu görüşdə Putinə nəyi güzəştə gedib, əvəzində nəyi alacağı ilə bağlıdır.
Britaniyanın “The Guardian” qəzetinin verdiyi məlumata görə, Donald Tramp öz köməkçilərinə Rusiyaya ediləcək mümkün güzəştlərin siyahısını formalaşdırmağı tapşırıb.
Qəzetin icmalçısı və məqalə müəllifi Culian Borcerin yazdığına görə, Milli Təhlükəsizlik Şurası ilkin addım olaraq Barak Obama dövründə Rusiyanın əlindən alınan iki diplomatik binanın yenidən qaytarılmasını gözdən keçirir.
Müəllifin yazır ki, hələlik həm Təhlükəsizlik Şurası, həm də Dövlət Departamenti Kremllə münasibətləri yaxşılaşdırmaq naminə birtərəfli güzəştlərin əleyhinədir. Trampın administrasiyasında onu Almaniyada Putinlə ikilikdə görüşünə qarşı çıxanlar belə tapılıb.
Bir çox komanda üzvünün fikrincə, görüş qısa və qeyri-formal şəraitdə keçməlidir.
Milli Təhlükəzilik Şurasının nümayəndəsi Maykl Enton liderlər arasında görüş formatının hələ tam müəyyən olunmadığını söyləyir. Enton həmçinin güzəşt olaraq təklif ediləcək məsələlərlə bağlı suallara cavab verməkdən yayınıb.
Ağ Evdəki diskussiyalardan xəbərdar olan gizli mənbənin söylədiyinə görə, diplomatlar bir şey almadan nəyinsə təklif olunmasının tam əleyhinədirlər. Hələ ki, bütün müzakirələr Obama administrasiyasının Rusiyanın haker müdaxilələrinə cavab olaraq keçən ilin dekabr ayında Merilend və Nyu-York ştatlarında yerləşən diplomatik binalarının qaytarılması ətrafında gedir.
Qəzet Trampın güzəşt niyyətlərinə qarşı çıxanların başında ABŞ dövlət katibi Reks Tillersonun gəldiyini yazır.
Maraqlıdır ki, daha öncələr Reks Tillerson Moskva ilə münasibətlərin ən böyük tərəfdarlarından biri sayılırdı. Rusiya xarici işlər naziri Sergey Lavrovun oval kabinetdə Donald Trampla görüşünün təşkil edilməsində məhz Tillerson əsas rol oynamışdı.
Lakin mənbənin söylədiyinə görə, keçmiş neft baronu məhz həmin görüşdə özünü yandırıb. Belə ki, Rusiya hökuməti ABŞ administrasiyasının razılığı olmadan görüşün fotoqraflarını mətbuata yayıb, Tramp isə orada kəşfiyyatla bağlı ruslara gizli informasiya verib.
“Həmin vaxtdan Tillerson Rusiyaya qarşı olduqca qəzəbli görünür və sanksiyaların yumşaldılması məsələsində müqavimət göstərənlərin başında gəlir”.
ABŞ siyasətçiləri isə administrasiyanı tələsik addımlar atmamağa çaığırır.
ABŞ müdaifə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə keçmiş müavini Evelin Farkas məqalə müəllifinə Rusiyanın diplomatik məkanlarının əlindən alınmasını həmin vaxt Moskvanın seçkilərə müdaxiləsinə yönəlik cəzalandırma tədbiri olaraq düşünüldyünü söyləyib.
“Əgr prezident Tramp Merilend və Nyu-Yorkdakı binaları qaytarmaq daxil olmaqla bu tədbirlərdən hər hansı birini ləğv etmək istəsə Rusiya hökuməti bu zamana qədər törətdikləri əməllərin işə yaradığını düşünməyə başlayacaq və inanın mənə, onlar yenə eyni hərəkəti edəcəklər”, - Farkas bəyan edib.
Culian Borcer həm Konqres, həm də öz administrasiyası tərəfindən Rusiyaya güzəştlər məsələsində sıxılan Trampın Putinlə görüşdən sonra əl-qolunun açıla biləcəyini düşünür:
“Putinlə gələcək həftə planlanan görüş ona dərhal Kremllə bağlı siyasəti dəyişdirmək imkanı bəxş edəcək”.
ABŞ Dövlət Departamentinin keçmişdə yüksək rütbəli idarəçilərindən sayılan, Konqresdə anti-Ruisya sanksiyalarının qəbul edilməsində lobbiçilik edən Tom Malinovski görüş öncəsi dövlət strukturlarında gərginlik hökm sürdüyünü təsdiqləyir:
“Hazırda ABŞ prezidenti postunu tutan şəxs gələcəkdə nə edəcəyi bilinməyən bir adamdır. Biz hələ onun Kremlin manipulyasiyalar ustası ilə görüşü zamanı nə deyəcəyini bilmirik”.
1061 dəfə oxundu