"Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var"

"Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var"


"Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, biz düşünürük Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, bunun ən mühüm sübutlarından biri kimi Donald Trampın Azərbaycan prezidentinə son iki həftədə iki məktubunu göstərmək olar.

"Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür", - deyə o qeyd edib.

Bir müddət əvvəl Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika zirvəsinin keçirildiyini xatırladan N. Məmmədov ABŞ prezidentinin zirvədə mühüm nitq söylədiyini bildirib: "O, çıxışında bundan sonra ABŞ-ın dünya ölkələri ilə əməkdaşlıq prinsiplərini ortaya qoydu. Biz bu prinsipləri bəyənirik. Neçə illərdir, deyirik ki, münasibətlərdə bu prinsiplər əsas götürülməlidir. Bu prinsiplərə əməl edilsəydi, bugünkü gərginlik də olmazdı, ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var, biz də bu perspektivlərlə bağlı lazımı addımlar atırıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...