"Onların həbsinə siyasi don geyindirilməsin..." - YAP-dan Əfqan Muxtarlı və Gözəl Bayramlı AÇIQLAMASI
YAP icra katibinin müavini, Milli Məclisin deputatı və komitə sədri Siyavuş Novruzov jurnalist Əfqan Muxtarlı və AXCP sədrinin müavini Gözəl Bayramlının həbsinə münasibət bildirib.
O, unikal.org-a açıqlamasında bu iki məsələni siyasiləşdirməməyə çağırıb:
"Hər iki məsələ ilə bağlı hüquq-mühafizə orqanları açıqlama veriblər. Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun açıqlamasında göstərilir ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. O, Gürcüstanın banklarından kifayət qədər vəsait çıxarıb. Təbii ki, bunlar araşdırılır və bundan sonra qanuna uyğun olaraq yekun qərar çıxarılacaq.
Əfqan Muxtarlıyla bağlı da araşdırma gedir və qərar veriləcək. Mən onların heç birinin fəaliyyətini izləmirəm və məsələyə də siyasi don geyindirilməsini düzgün hesab etmirəm. Hüquq mühafizə orqanları da bu barədə ictimayyətə kifayət qədər məlumat da veriblər. Bununla belə, yekun məhkəmə qərarı olacaq. Bu iki həbslə bağlı fikir söyləmək, versiyalar səsləndirməyi yanlış hesab edirəm”.
933 dəfə oxundu