İslamiadanın bağlanış günü Bakı Nəqliyyat Agentliyi 430 avtobus ayıracaq

İslamiadanın bağlanış günü Bakı Nəqliyyat Agentliyi 430 avtobus ayıracaq


IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü - mayın 22-də Bakı Nəqliyyat Agentliyi (BNA) 430 avtobus ayıracaq.

APA-nın məlumatına görə, BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.

Açılış mərasimində isə 350 avtobus fəaliyyət göstərib.

M. Ağayev deyib ki, bütün avtobuslarda CPS sistemi quraşdırılıb: "Açılış mərasimi günü sürücülər əvvəlcədən tibbi müayinədən keçirilib. 4 sürücüdə yüksək təzyiq olduğu, 1 sürücü isə sürət həddini aşdığı üçün sükan arxasından uzaqlaşdırılıb. Bağlanış mərasimi günündə də sürücülər əvvəlcədən tibbi müayinədən keçəcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə biz avtobusları izləyəcək, onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq".

M. Ağayev indiyə 1000-dən çox sürücünün xüsusi zolaqlarla bağlı pozuntuya yol verildiyi üçün cərimələndiyini də açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1420 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...