Rusiya "Eurovision 2017"də iştirak etməyəcək - rəsmi açıqlama

Rusiya "Eurovision 2017"də iştirak etməyəcək -
Avropa Yayım Şurası rəsmi olaraq bəyan edib ki, Rusiya “Eurovision 2017” musiqi yarışmasında iştirak etməyəcək.
GUNDEMİNFO.AZ Trend-ə istinadən bildirir ki, bu bəyanat musiqi müsabiqəsinin rəsmi saytında yerləşdirilib.

Təşkilatın nümayəndələri vurğulayıblar ki, Rusiyanın bu müsabiqədə iştirak etməsinə şərait yaradacaq həll yollarını tapmağa cəhd ediblər. Rusiyaya müxtəlif variantlar təqdim olunub:

“Rusiyalı iştirakçı Yuliya Samoylovaya videokörpü vasitəsi ilə müsabiqəyə qoşulmaq təklifi edilib. Bundan başqa, təşkilat komitəsi iştirakçını başqası ilə əvəz etməyi də təklif edib. Lakin, hər 2 variant Rusiyanın Birinci kanalı vasitəsi ilə rədd edilib. Kanalın rəhbərliyi qeyd edib ki, “Eurovision 2017″ mahnı müsabiqəsi yayımlanmayacaq. Bu o deməkdir ki, Rusiya müsabiqədə iştirak edə bilməyəcək. Biz bütün 43 ölkənin müsabiqədə iştirak etməsi üçün əlimizdən gələni etdik”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...