"Avropada itkin düşüb" deyilən idmançılar Bakıda tapıldı
Xəbər veridyimiz kimi, bu gün tanınmış jurnalist, səyyah Azər Qəribov sosial şəbəkədə Xorvatiyaya gedən idmançılarımızın itkin düşməsi haqda məlumat paylaşıb. O, bildirib ki, Xorvatiyanın Split şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatına gedən azərbaycanlı idmançılar yoxa çıxıblar. "Oteli tərk edən idmançılar yarışlara gəlməyiblər və polis artıq iki gündür ki, onları axtarır"-deyə A.Qərib yazıb.
Azərbaycan Ağır Atletika Federasiyasının Mətbuat katibi Kənan Məstəliyev idmançılarımızın itməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
K.Məstəliyev AzVision.az-a bildirib ki, bu, Xorvatiya polisinin səriştəsizliyidir: “Yığma komanda aprelin 1-dən Bakıdadır və məşqlərini davam etdirir. Mən bu gün, 10 dəqiqə əvvəl onlarla yenidən görüşdüm.
Xorvatiya polisi əgər sərhəddə təyyarəyə minib geri qayıdan və gömrükdə qeydiyyata düşən adamları tapa bilmirsə, mənim buna deyəcək sözüm yoxdur. Ora yığma komanda, nümayəndə heyyəti gedib,ancaq məsləhət şurasının son anda verilmiş qərarına əsasən həmin komandanın Avropa çempionatında iştirakı məqsədə uyğun sayılmayıb. Çünki həmin komanda üzvlərinin bir aydan sonra Bakıda keçiriləcək "Bakı 2017" İslam Həmrəylik Oyunlarında iştirak etmələri nəzərdə tutulub. İdmançıların Avropa çempionatında çıxış edib yorulmasını istəmirik. Bir ayda iki böyük yarışda çıxış etmək böyük riksdir. Həmin çempionatda gedib zədə də almaq olar. Ona görə də yığma komandanın iştirakı ləğv olundu”.
801 dəfə oxundu