Xilasetmə qərargahı: Xəzərdə tapılan meyitin kimliyi müəyyən edilib - Axtarış

Xilasetmə qərargahı: Xəzərdə tapılan meyitin kimliyi müəyyən edilib -


“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış - Xilasetmə qərargahından APA-ya verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində martın 20 – də aşkar edilən kişi meyitinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965 – ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğluna məxsus olduğu müəyyən edilib.

Mərhumun meyiti ailəsinə təhvil veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...