Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq” - Zakir Həsənov
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
AzVision.az-ın nazirliyin saytına istinadən xəbər verir ki, təbrik mətnində deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunan Novruz baharın gəlişinin, təbiətin oyanışının rəmzidir.
Dövlət müstəqilliyimizin nailiyyəti kimi, xalqımızın əsrlərlə qoruyub saxladığı adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı bu gün əsl ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin bütün bölgələrində böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan Respublikasında vətəndaş birliyi əldə olunub, ölkəmiz dünya dövlətləri arasında layiqli yerini tutub. Bu gün ölkə iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələrimiz daha da möhkəmlənib, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük nailiyyətlər əldə edilib.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edəcək, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olunacaq.
Ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini hər zaman olduğu kimi bayram ərəfəsində də ehtiramla yad edirik. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində mətinliklə dayanaraq düşmənlə savaşda sağlamlığını itirən döyüşçülərimizi də bayram münasibətilə təbrik edirəm.
Arzu edirəm ki, Novruz bayramı gəlişiylə hamınızın evinə bol ruzi-bərəkət gətirsin, sevinc bəxş etsin.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram".
862 dəfə oxundu