Bakıda yoxa çıxan məktəbli qız tapıldı

Bakıda yoxa çıxan məktəbli qız tapıldı


Dünən Bakının Nərimanov rayonu ərazisində itkin düşən 18 yaşlı qız tapılıb. 11-ci sinif şagirdi olan N.K-nın oxuduğu 202 saylı orta məktəbin direktoru Qasım Qasımov Lent.az-a bildirib ki, dünən evə gec gedən məktəblinin anası təşvişə düşərək polisə müraciət edib: "Həmin qızın qardaşı qızılca olub, ona görə də bu gün məktəbə gəlməyib. Mən əlaqə saxlayıb maraqlandım, uşaq hazırda evlərindədir".


*****

Bakıda məktəbli itkin düşüb. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub. Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur. Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
768 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...