İlham Zəkiyev vitse-prezident seçildi

İlham Zəkiyev vitse-prezident seçildi


Milli Paralimpiya Komitəsinin (MPK) bu gün V hesabat-seçki yığıncağı keçirilib. Komitədən Modern.az-a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin binasında keçirilmiş toplantıda MPK-nın 2013-2016-cı illər üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.

Nəzarət təftiş Komissiyasının hesabatı müzakirə edilərək, Komitənin 4 illik fəaliyyətinin qənaətbəxş edilməsi və MPK-nın "2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017-2020-ci illər üçün Stratejı fəaliyyət Planı"nın təsdiq edilməsi barədə Qərarlar qəbul edilib.


Yığıncaqda rəhbər orqanlara seçkilər keçirilib. İlqar Rəhimov yenidən MPK-nın prezidenti seçilib. Natiq Qasımov Komitənin I vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev doğum günündə ilk dəfə vitse-prezidenti, Şaiq Həmidov isə baş katib vəzifələrinə seçiliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1304 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...