Güneydə qızıl böhranı: “Hər ay iki dükan bağlanır”

Güneydə qızıl böhranı: “Hər ay iki dükan bağlanır”


Güney Azərbaycanın Zəncan şəhərində iqtisadi tənəzzül nəticəsində bazarda yaranan durğunluq ayda iki qızıl mağazasının bağlanmasına səbəb olur.

Axar.az xəbər verir ki, bunu İran mətbuatına açıqlamasında Zəncan Zərgərlər Birliyinin rəisi Məhəmməd Səfayi bildirib.

“Hazırda Zəncanda 250 qızıl mağazası mövcuddur. Mağazaların sayının az olmasına baxmayaraq, qızılın satış həcmi olduqca aşağıdır. Xüsusi ilə belə satış səviyyəsi Novruz bayramı ərəfəsində qəbuledilməzdir. Satış problemi ucbatından Zəncanda ayda iki qızıl mağazası bağlanır”, - o bildirib.

Zəncan Zərgərlər Birliyinin rəisi əlavə edib ki, vergi dərəcəsinin yüksək və satış səviyyəsinin aşağı olması qızıl mağazalarının hazırda əsas problemidir.

Qeyd edək ki, bir müddət əvvəl Zəncanın qızıl bazarı vergi dərəcəsi ilə satış səviyəsinin uyğun olmadığına etiraz olaraq 10 gün müddətinə fəaliyyətini dayandırmışdı.

Hazırda İranda ən böyük qızıl bazarı Təbriz və Tehrandadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1113 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...