Ucarda güclü külək işıqları söndürdü

Ucarda güclü külək işıqları söndürdü

Şiddətli külək Ucar rayonunda fasadlar törədib. Fevralın 22-də axşam saatlarından əsməyə başlayan güclü külək əsasən elektrik təsərrüfatına ziyan vurub. Səhər saatlarından şəhər də daxil olmaqla, rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin nəqlində fasilələr yaranıb.

“Azərişıq” ASC-nın Ucar Rayon Elektrik Şəbəkəsindən bildiriblər ki, enerji təminatında yaranan fasilələr güclü külək nəticəsində naqillərdə baş verən problemlə əlaqədardır. Artıq təmir işləri aparılır. Yaxın saatlarda əhalinin enerji ilə təminatında yaranmış problem aradan qaldırılacaq. (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...