Fətullah Gülənin ardıcılları onun artıqları üstündə belə dava edir – Sensasion video
İstanbul prokurorluğunun Fətullahçi terror təşkilatına qarşı apardığı istintaq çərçivəsində ələ keçirilən məlumatların arasında təşkilatdakı azğınlığı sübuta yetirən bir video da üzə çıxıb.
Avropa.info xəbər verir ki, videoda Fətullah Gülənin Pensilvaniyadaki malikanəsində gizli çəkiliş edən şəxslər camaat üzvlərinin Gülənin artıqlarını necə çəkişdirdiyindən danışır. Videoda Gülənin artıq qalan səhləb çayını içən gəncə “Bundan sonra səni ya Harvard ya da MIT (Massachusetts Texnologiya İnstitutu) paklaşdıra bilər” deyirlər.
Gülənin malikanəsinə səfər edən camaat üzvlərinin girişdə üstü yoxlanılır, telefon və digər cihazlar alınır. İçəridə gördüklərini, yaşadıqlarını danışmamaq mövzusunda gələnlər tənbeh olunur. Ancaq camaat üzvü olan bir nəfərin 10 oktyabr 2010-cu ildə gizlin çəkdiyi bu video istintaq çərçivəsində prokurorluğun əlinə keçib.
Gülənin yarımçıq qalan səhləb çayı haqqında danışarkən “mübarək səhləb” deyən çəkilişi aparan şəxsdən sonra danışan ikinci şəxs “hoca əfəndi vermiş artığını, sən də naz edirsən. Millət elə şeyləri qapır” deyir.
Videodakı üçüncü şəxs də “Keçən dəfə gəldiyimiz zaman hoca əfəndi belə çay içirdi. Hoca əfəndi qalxdı. Millət birdən hücum edir ki, artıqlarını qapsın. Hoca əfəndinin artıqlarını. Salfetini belə xatirə olaraq aparırlar” deyir.
1018 dəfə oxundu