Rusiya parlamenti "Türk axını" anlaşmasını ratifikasiya etdi

Rusiya parlamenti "Türk axını" anlaşmasını ratifikasiya etdi



Rusiya Dövlət Duması iki xətdən ibarət olan "Türk axını" qaz boru kəmərinin inşası layihəsi ilə bağlı anlaşmanı ratifikasiya edib.

"Report"un verdiyi xəbərə görə, qaz xəttinin inşası 2019-cu ildən etibarən Türkiyə və oradan da Avropa İttifaqı (Aİ) ölkələrinə qazın təhlükəsiz və tranzit riski olmadan nəql edilməsinə imkan yaradacaq. Qaz kəmərinin ilk xətti ixrac rüsumları şəklində Rusiya büdcəsinə ildə 750 mln. ABŞ dolları həcmində vəsait qazandıracaq. Əgər ikinci xətt inşa edilərsə, o zaman, Rusiya büdcəsi bundan 2 dəfə çox gəlir əldə edəcək.

Sənədin imzalanmasına əlavələr bölümündə qeyd olunub ki, boru kəmərinin inşası ilə məşğul olan şirkətlər layihənin reallaşdırılması üçün əldə olunan aktivlərə vergi ödəməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...