Bakıda iki tələbə anası hamiləliyini 9-cu ayında öyrənib - VİDEO

Bakıda iki tələbə anası hamiləliyini 9-cu ayında öyrənib -



Bakıda qeyri adi hadisə yaşanıb. 39 yaşlı qadın doqquz ay boyunca hamiləliyindən xəbərsiz olub.

“Xəzər TV” xəbər verir ki, Nailə Ramazanova nəfəs darlığı şikayəti ilə həkimə müraciət etdikdə əsl səbəb ortaya çıxıb və xəstə dərhal keysəriyyə əməliyyatına alınıb. Sürpriz uşaq bütün ailənin sevincinə səbəb olub.

Xəstəni əməliyyat edən Natiq Məhərrəmov qeyd edir ki, qadın doqquz ay boyunca həkim müayinəsindən keçməsə də bu, hamiləliyin gedişatına mənfi təsir etməyib.

Ana iki səbəbdən hamiləliyindən məlumatsız olub. Belə ki, Nailə xanım bir müddət əvvəl ginekoloji problem yaşayıb və xəstəliyin davam etdiyini düşünüb, eyni zamanda qadının çəkisi onun hamiləliyini gizlədib.

Doqquz ay müddətində varlığından heçkəsin xəbəri olmasa da hazırda ananın da körpənin də vəziyyəti yaxşıdır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ailənin digər iki uşağı ali məktəbdə oxuyur.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1006 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...