Ukrayna Prokurorluğu DİN rəhbəri Arsen Avakova qarşı cinayət işinə başlayıb

Ukrayna Prokurorluğu DİN rəhbəri Arsen Avakova qarşı cinayət işinə başlayıb


Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkənin daxili işlər naziri Arsen Avakova qarşı cinayət işinin başlandığını bildirib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın “24” telekanalı məlumat yayıb.

Məlumata görə, Baş Prokurorluqda DİN rəhbərinə qarşı cinayət işinin başlanması qərarı Korrupsiya ilə Mübarizə Mərkəzinin rəhbəri Vitali Şabuninin müraciətindən sonra verilib.

“Mən cənab Şabunindən də daxil olmaqla, hər gün onlarla insandan məktub alıram. Məhz Şabuninin məktubu əsasında, siz inanmayacaqsınız, DİN rəhbəri Avakova qarşı cinayət işi başlanılıb, çünki qanun qarşısında hamı birdir”, - deyə Lutsenko bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluğa ünvanlanan müraciətlərin hamısı eyni prosessual statusa malikdirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...