Valyuta problemi Elsəvər Ağayevi də narahat edirmiş

Valyuta problemi Elsəvər Ağayevi də narahat edirmiş


“Dərman şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu müraciət Səhiyyə Nazirliyinə də göndərilib”. AzVision.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, dərman şirkətləri xarici valyuta ilə bağlı problemlərlə əlaqədar Azərbaycan hökumətinə müraciət edib.

E. Ağayev deyib ki, valyuta ilə bağlı problemlərin dərman qıtlığına yol açacağı hər kəsi narahat edir: “Bu məsələ İqtisadiyyat Nazirliyini də çox narahat edir. Dünən Tarif Şurası ilə bu məsələni müzakirə etmişik. Çünki bir çox dərman şirkəti, əhali Səhiyyə Nazirliyinə müraciət edir ki, dərman vasitələrinin çatışmazlığı yarana bilər. Düşünürəm ki, bu məsələ tənzimlənəcək. Çünki İqtisadiyyat Nazirliyi hökumətin, Milli Bankın qarşısında məsələ qaldırıb ki, bu məsələ tənzimlənsin”.

Nazir müavini əlavə edib ki, əsas problem yaradan məsələ valyutanın müəyyən olunmuş marjadan - 4 faizdən yuxarı satılmasıdır: “Bu səbəbdən şirkətlər işlərini tənzimləyə bilmirlər. Şirkət də maraqlıdır ki, gətirdiyi dərmandan müəyyən qədər vəsait qazansın. Bu məsələ mütləq tənzimlənəcək”.

Nazir müavini daha sonra Azərbaycanda ana və uşaq ölümləri ilə bağlı sualı cavablandırıb. O qeyd edib ki, son illər ölkədə ana və uşaq ölümlərinin sayı azalıb: “Ana, uşaq ölümü, orta yaş ömrü ölkənin önəmli göstəricilərindən biridir. Ona görə də bu məsələ Səhiyyə Nazirliyinin də diqqət mərkəzindədir ki, belə hallar olmasın. Bunun aradan götürülməsi üçün önəmli məsələlərdən biri maddi-texniki bazanın yaxşılaşdırılması, tibb müəssisələrinin müasirləşdirilməsi, kadr hazırlığından ibarətdir. Bu istiqamətdə də daima işlər görülür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1138 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...