"AccessBank"ın səhmdarları ona lazımi dəstək verəcək -

"AccessBank"ın səhmdarları ona lazımi dəstək verəcək -


"Fitch" beynəlxalq reytinq agentliyi "Accessbank"ın emitentin uzunmüddətli defolt reytinqini "BB+" səviyyəsində təsdiq edib. "APA-Economics" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, bankın dayanıqlılıq reytinqi isə "bb-" səviyyəsindən "b+" səviyyəsinə endirilib. Proqnoz isə "neqativ"dir.

Agentliyin yaydığı məlumatda qeyd olunur ki, bankın defolt reytinqinin "BB+" səviyyəsində təsdiq olunmasına səhmdarların banka göstərə biləcəkləri mümkün dəstəyi əks etdirir. Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və Qara Dəniz Ticarət və İnkişaf Bankının hər biri "Accessbank"da 20%-lik paya sahibdirlər.

Dayanıqlılıq reytinqinin aşağı salınması isə 2015-ci ildə Azərbaycanda manatın devalvasiyasından sonra bankın aktivlərinin keyfiyyətinin və fəaliyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini əks etdirir. Aktivlərin keyfiyyətinin pisləşməsinə səbəb isə müştərilərə verilən kreditlərin böyük hissəsinin xarici valyutada olmasıdır.

Buna baxmayaraq, ekspertlər iqtisadi durumun və bankın aktivlərinin keyfiyyətinin stabilləşdiyi təqdirdə onun dayanıqlılıq reytinqinə olan təzyiqin də azalda biləcəyini qeyd edir. Agentliyin mütəxəssisləri bildirir ki, proqnozun mənfi olması birbaşa suveren reytinqlə bağlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...