Hava limanında minlərlə insan prezidentin cənazəsini gözləyir - Özbəkistanda

Hava limanında minlərlə insan prezidentin cənazəsini gözləyir -


Çoxlu sayda insan Özbəkistan Prezidenti İslam Kərimovun cənazəsini Daşkənddən gətirən təyyarəni qarşılamaq üçün Səmərqənd aeroportuna toplaşıb. Axar.az xəbər verir ki, bu barədə “Rosbalt”a Özbəkistandakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, şəhərin yarısı aeroporta yığılıb. “Səmərqənd artıq vəfat edən prezidentlə vidalaşmağa hazırlaşır, şəhərdə məktəblər belə bağlanıb. İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də baş tutacaq”, - mənbə bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...