"Kalaşnikov" konserni analoqu olmayan pulemyot hazırlayır" Baş direktor

"Kalaşnikov" konserni analoqu olmayan pulemyot hazırlayır"


Rusiyanın "Kalaşnikov" konserni yeni yüngül əl pulemyotu - RPK-16 5.45 mm hazırlayır. Silahın həm də hücum tüfəngi funksionallığı olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə konsernin baş direktoru Aleksey Krivoruçko bildirib.

"Müasir silahlı münaqişələrin təcrübəsinin öyrənilməsi əsasında biz 5,45 mm kalibrli yüngül Kalaşnikov əl pulemyotu (RPK-16) hazırlamışıq. Çəkisi, ölçüsü, dəqiqliyi və universallığına görə bu silahın analoqu yoxdur", - deyə o vurğulayıb. Baş direktor, həmçinin yeni pulemyot üçün daha çox tutumlu daraq hazırlandığını söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...