“Azərbaycanda genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir” - Prezident

“Azərbaycanda genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir” -


“Azərbaycanda genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir. Çünki elə müəssisələr var, 20 ildir, işləmir, ancaq nədənsə özəlləşdirməyə çıxarılmır”.

APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, hər bir özəlləşdirilən müəssisənin gələcək fəaliyyəti ilə bağlı biznes-plan təqdim edilməlidir: “Biznes-plan, məsuliyyət, öhdəlik nəzərə alınmalıdır. Yoxsa elə çıxmasın ki, kimsə müəssisəni alacaq, yenə işləməyəcək. Bizə aparıcı xarici məsləhətçi şirkətlər lazımdır, çünki aparılan özəlləşdirmə şəffaf olmalı, dövlətin maraqları təmin edilməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...