SOCAR 20 milyonluq məmuru efirə çıxarır

SOCAR 20 milyonluq məmuru efirə çıxarır


Qiymət Mehdiyevin bu axşam telekanallardan birində baş verənlər haqda danışacağı gözlənilir. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının xaricdə villalar alması barədə KİV-də yer alan məlumatlar gündəmdən düşmür.

İki gündür bu xəbər ölkə mediasının manşetini təşkil edir. Barəsində bu qədər söz-söhbət yayılan ARDNŞ rəhbərliyi isə hələ də susur. Xəbər yayılan gün (24 yanvar) bununla bağlı SOCAR-dan mövqe almaq istəsək də bu, heç cür mümkün olmadı.

Artıq bu gündən etibarən ARDNŞ rəhbərliyi hərəkətə keçməyə başlayıb. Musavat.com-a daxil olan məlumata görə, bu axşam, yanvarın 25-də axşam saatlarında telekanallardan birində (güman ki. ANS-də) Qiymət Mehdiyev verilişə çıxarılacaq və həm öz adının, həm də həyat yoldaşının adının 20 milyonluq villa ilə bağlı hallanmasına aydınlıq gətirəcək.

SOCAR-dakı mənbələrdən musavat.com-a o da bildirilib ki, 16 villa söhbəti ARDNŞ-lə ortaq iş görən Türkiyə şirkətlərindən hansınınsa təxribatıdır. Deyilənə görə, həmin şirkət üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırıb və üstəlik, Azərbaycan tərəfini bu cür informasiya təxribatına çəkib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1044 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...