“Xerson şəhəri artıq Ukrayna artilleriyasının əməliyyat zonasındadır”

“Xerson şəhəri artıq Ukrayna artilleriyasının əməliyyat zonasındadır”
“Xerson artıq Ukrayna artilleriyasının əməliyyat zonasındadır”.

“Report” xəbər verir ki, bunu hazırda cəbhə bölgəsində olan Ukraynanın “Senzor.Net” saytının redaktoru, hərbi jurnalist Yuri Butusov teleqramda yazıb.

Cəbhədəki olayları fəal işıqlandıran tanınmış ukraynalı jurnalist bildirib ki, Ukrayna qoşunları geri çəkilən Rusiya hərbçilərinin “çiynində” Xersona soxulmağa çalışır: “Rusiya kolonlarının cəmləşdiyi bərələrə atəş açılır”.

Y.Butusovun fikrincə, zərbələrin effektivliyi, dəqiqliyi və sıxlığının qiymətləndirilməsi yalnız şəhərin azad edilməsindən sonra mümkün olacaq: “Lakin indi düşməni təkcə raketlərlə deyil, artilleriya mərmiləri ilə də əhatə etmək mümkündür”.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatçıları Xersondan 18 km-dən az məsafəyə çıxıblar. Hərbi jurnalist döyüş meydanındakı vəziyyəti belə təsvir edib: “Qoşunlarımızın irəliləyişini ilk növbədə sıx mina sahələri saxlayır, rusiyalılar çoxqatlı minalar, tələ-minalar tətbiq ediblər, çoxlu minalar var. Rusiyalıların dəstələri isə döyüşdə heç bir əzmkarlıq göstərmir və təzyiqdən sonra tez Dneprə doğru qaçırlar. Minalar dərhal hücuma başlamağa imkan vermirlər”.

Y.Butusov belə qənaətə gəlib ki, “Rusiyanın arerqard bölmələrinə ən ağır itkilər vermək kifayət qədər realdır”: “Lakin unutmaq olmaz ki, biz ağır hərbi texnika və sursatlardan çox olan düşmənə doğru irəliləyirdik, rusiyalıların qaçmağa hazırlaşmağa çox vaxtı var idi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
561 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...