"Son sutkada Rusiyanın 480-dən çox canlı qüvvəsi məhv edilib" Ukrayna Baş Qərargahı

"Son sutkada Rusiyanın 480-dən çox canlı qüvvəsi məhv edilib"
Ukraynada son sutkada Rusiyanın 480-dən çox canlı qüvvəsi məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 68 900 hərbçisi məhv edilib.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 628 tank, 5351 zirehli maşın, 1 379 operativ-taktiki PUA, 1 686 artilleriya sistemi, 379 reaktiv yaylım atəşi sistemi, 192 hava hücumundan müdafiə sistemi, 271 təyyarə, 248 helikopter, 4 076 avtomobil və tanker, 149 xüsusi texnikadan ibarətdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...