Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 842 milyon ABŞ dolları, yaxud 0,9% artaraq 93,1 milyard ABŞ dolları təşkil edib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 37,6 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 969 milyon ABŞ dolları, yaxud 2,6% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 127 milyon ABŞ dolları, yaxud 0,2% azalaraq 55,5 milyard ABŞ dolları təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
591 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...