Karantinin bitməsini bayram etdilər - “party” başlarına bəla oldu - VİDEO

Karantinin bitməsini bayram etdilər -

Karantinin bitməsi ilə əlaqədar təşkil olunan “party” dostlara baha başa gəlib. Belə ki, onlar koronavirusa yoluxublar və bundan sonrakı günlərini yenidən karantində keçirmək məcburiyyətində qalıblar.

“Daily Mail”in verdiyi məlumata görə, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Tədbirdə ümumilikdə 16 dost olub. Onlar nə maskadan istifadə ediblər, nə də sosial məsafəyə riayət ediblər. Nəticədə, hamısı COVID-19-a yoluxub.

Dostların yığışdığı pivəxana isə dezinfeksiya məqsədilə müvəqqəti olaraq bağlanıb. Hazırda rəhbərlik işçiləri testdən keçirir. Nəticələr onlarda da müsbət çıxsa, müəssisə uzun müddət qapalı olacaq.
Karantinin bitməsini bayram etdilər -
Karantinin bitməsini bayram etdilər -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
630 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...