Braziliyada 40 mindən çox insan COVID-19-dan öldü

Braziliyada 40 mindən çox insan COVID-19-dan öldü

Braziliyada bir gün ərzində koronavirus pasiyentləri arasında 1 239 ölüm hadisəsi qeydə alınıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, bununla da pandemiya qurbanların ümumi sayı 40 919 nəfərə çatıb. Məlumata görə, ölkədə ötən 24 saat ərzində COVID-19-a demək olar, 30 min yeni yoluxma halı aşkarlanıb. Bununla da koronavirus pasiyentlərinin ümumi sayı 802 828 nəfərə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
674 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...