Belarusda koronavirusa yoluxanların sayı 51 mini ötdü

Belarusda koronavirusa yoluxanların sayı 51 mini ötdü
Belarusda son sutkada koronavirusa daha 801 yoluxma, 6 ölüm faktı qeydə alınıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.

Ölkədə yoluxanların ümumi sayı 51 006-ya, ölənlərin sayı isə 288-ə çatıb. Məlumata görə, pandemiyadan 25 667 pasiyent sağalıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun ikinci dalğasının başlayacağı barədə xəbərdarlıq edərək daha ciddi hazırlıq işləri görməyi tapşırmışdı. Belarusun əhalisinin sayı 9 475 174 nəfərdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...