Türkmənistanın bir neçə şəhərində ərzaq talonları paylandı

Türkmənistanın bir neçə şəhərində ərzaq talonları paylandı

Türkmənistanın Balkan vilayətinin şəhərlərindən sonra Türkmənbaşı şəhəri də dövlət mağazalarında subsidiya qiyməti ilə verilən ərzaq məhsulları üçün talon sistemini tətbiq etdi.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, talonlar adi bir məktəb dəftərində tərtib edilib. Cədvəldə cari ayda alınan məhsulun həcmi göstərilib.

Hökumət tərəfindən maliyyələşdirilən məhsullar arasında toyuq, birinci dərəcəli un, şəkər, günəbaxan yağı və “Axal” pambıq yağı var.

Bütün talonlar evlər idarəsinin müdirin möhürü və imzası ilə təsdiq edilib.

Nəşrin mənbələrinə görə, mağazalardakı paylar minimaldır. Hər ailəyə ayda bir kiloqram verilir. Bazarlarda eyni məhsullar ikiqat baha qiymətə satılır. Bir çox Türkmənbaşı sakinləri üçün bazarda qiymətlər xüsusən indi Qurbanqulu Berdiməhəmmədovun qərarı ilə “Avaz” turizm zonası bütün tətil mövsümü üçün bağlandığına görə dözülməzdir.

Türkmənistanda bir neçə ildir ərzaq böhranı müşahidə olunur. Yerli əhalinin rifah səviyyəsinin aşağı olması səbəbindən insanlar əsas məhsulları dövlət mağazalarından almağa üstünlük verirlər. Belə pərakəndə satış yerlərində məhdud məhsullar üçün növbələr mütəmadi olaraq yaranır.

Ərzaqların qeydiyyata görə paylanılması ölkənin digər bölgələrində – Daşoğuz, Lebap və Marıda da tətbiq olunub.

Türkmənistanın bir neçə şəhərində ərzaq talonları paylandı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
647 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...