Türkiyə bəzi tibbi vasitələrin ixracına qadağanı ləğv etdi

Türkiyə bəzi tibbi vasitələrin ixracına qadağanı ləğv etdi
Türkiyədə tibbi ventilyator və intubasiya balonu, həmçinin odekolon və dezinfeksiya məhsullarının ixracına qoyulan qadağa ləğv edilib.

“Report” xəbər verir ki, Ticarət Nazirliyinin bununla bağlı qərarı rəsmi dövlət qəzetində dərc olunub.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar sözügedən məhsulların ixracı martın 18-i və 26-da verilən qərarlara əsasən yasaqlanmışdı. Bu gündən başlayaraq hər iki qadağa ləğv edilib.

Bununla belə, qoruyucu maska və tibbi kostyumların ixracı qadağası qüvvədədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...