KİV: Paşinyanın mühafizəçisi koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

KİV: Paşinyanın mühafizəçisi koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib


Ermənistan Baş Naziri Nikol Paşinyanın mühafizə xidmətinin əməkdaşı yüksək bədən temperaturu ilə təcili olaraq İrəvan infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə “timer.ge” məlumat yayıb. N. Paşinyanın mühafizəçisində koronavirusun simptomları müşahidə edilib. N. Paşinyan iki günlük səfərdən sonra bu gün Ermənistana qayıdıb. Onu hava limanından Gürcüstanın Baş Naziri Giorgi Qaxariya yola salıb.

Faktın aşkarlanmasından sonra G. Qaxariya və onun mühafizəçilərinin, həmçinin Ermənistan nümayəndə heyətini müşahidə edən digər şəxslərin Gürcüstanda koronavirusa yoluxmaların müəyyən edildiyi "Luqar" klinikasında analiz verəcəkləri bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...