Tbilisidə otel rezervasiyalarının 90%-i ləğv olundu

Tbilisidə otel rezervasiyalarının 90%-i ləğv olundu

“Son 5-6 gün ərzində Tbilisidə mart-aprel ayı üçün otel rezervasiyalarının 90%-ə yaxını ləğv olunub”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili bildirib.

O deyib ki, buna səbəb koronavirus təhlükəsidir: “Biz ilk zərbəni aldıq. Turizm sənayesi müflislik ərəfəsindədir. Ən ağır vəziyyət Tbilisidəki otellərdə yaşanır. Koronavirus qlobal problemdir. Burada heç kəsin günahı yoxdur. Biz sadəcə yaranmış böhrandan çıxış yolu axtarıb tapmalıyıq ki, turizm sektorunda çalışan əməkdaşlar işdən qovulmasınlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...