Türkiyənin gömrük maşını raketlə vuruldu: şəhid var

Türkiyənin gömrük maşını raketlə vuruldu:

Türkiyə-İran sərhədində partlayış olub.

Axar.az xəbər verir ki, “Gürbulaq” sərhət-keçid məntəqəsinə 3 kilometr məsafədə yerləşən TIR parkı yaxınlığında Gürbulaq Gömrük İdarəsinə aid avtomobil raket zərbəsi ilə vurulub.

Hadisə zamanı bir neçə insanın xəsarət aldığı bildirilir. Eyni zamanda, hadisə ilə əlaqədar sərhəd qapısına gedən yol təhlükəsizlik səbəbi ilə bağlanıb.

Bölgəyə çoxlu sayda təcili tibbi yardım maşını, yanğınsöndürən və polis cəlb edilib.

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu hadisənin PKK terrorçuları tərəfindən törədildiyini deyib.

“Terrorçular təqib edilib, sıxışdırılıb. Hazırda atışma davam edir”, - nazir bildirib.

***

Gürbulaq Gömrük İdarəsinin bir əməkdaşı raket hücumu nəticəsində şəhid olub.

Bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan məlumat verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...