Ukrayna və Donbas əsirlərini dəyişdirdi

Ukrayna və Donbas əsirlərini dəyişdirdi

Qorlovka şəhərində Ukrayna ilə Donetsk və Luqansk separatçıları arasında son iki il ərzindəki ilk əsir dəyişdirilməsi prosesinə başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Donetsk separatçılarının “ombudsmanı” Darya Morozova yayıb.

Qeyd edək ki, Donetsk və Luqansk Kiyevə 55 nəfəri təhvil verəcək, qarşı tərəf isə bunun müqabilində 87 nəfəri sərbəst buraxacaq.

***

Qorlovka şəhərində Ukrayna ilə Donbas arasında əsirlərin dəyişdirilməsi prosesi başa çatıb.

Məlumatı TASS agentliyi yayıb.

Donetsk sepatarçılarının “ombudsmanı” Darya Morozovanın sözlərinə görə, Kiyev Donbas və Luqansk separatçılarına 60 nəfəri, qarşı tərəf isə 52 nəfəri Kiyevə təhvil verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
619 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...