Qarabağın Azərbaycanlı İcmasının sədri Xankəndinin deputatı olmaq istəyir

Qarabağın Azərbaycanlı İcmasının sədri Xankəndinin deputatı olmaq istəyir


Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev də deputatlığa namizədliyini irəli sürüb.

Modern.az-ın əldə etdiyi məlumata görə, T. Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürməyi qərara alıb.

Xatırladaq ki, sözügedən seçki dairəsindən V çağırış Milli Məclisin deputatı Flora Qasımovadır.

O, ötən günlərdə Modern.az-a açıqlamasında yenidən parlament seçkilərində iştirak etməyəcəyini söyləyib.

Əvəzində həmin dairədən daha iki gənc öz namizədliyini irəli sürüb. Bunlar Flora Qasımovanın köməkçisi Səbuhi Səmədov və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Ceyhun Ələkbərovdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...