Avropanın əsas münaqişələri – ARAYIŞ

Avropanın əsas münaqişələri –


Avropa siyasi tarixinə nəzərə saldığımız zaman, xüsusən II Dünya Müharibəsinə qədərki dövr ərzində bir çox dövlətlərin bir-birilə münaqişələrinin şahidi oluruq. Avropa tarixində Almaniya–Fransa, İtaliya-Avstriya, İsveç-Finlandiya, Potuqaliya-İspaniya, Portuqaliya-ABŞ və digər dövlətlər arasında zaman-zaman ərazi münaqişələri mövcud olub.

Soyuq müharibədən sonra Şərqi Avropa istisna olmaqla, digər Avropa dövlətlərində mövcud olmuş bir sıra konfliktlər öz həllini tapdı, məsələn: Aland, Qrenlandiya, Triyest, Tirol, Madeyra və Azor kimi konfliktləri bu sıraya aid etmək olar. Lakin hələ də Cəbəllüttariq, Bask, Saarland və Pirano kimi mübahisəli məsələlər gündəlikdə qalmaqdadır.

Madeyra problemi

Portuqaliyaya məxsus bu ada Atlantik okeanında, Lissabondan 900 kilometr aralıqda yerləşir. Madeyra problemi Porugaliya və İspaniya arasında yaşanıb. XVI əsrdə adaları İspaniya öz nəzarəti altında saxlayırdı, çünki həmin dönəmdə İspaniya hərbi cəhətdən çox güclü ölkə idi. Hətta Portugaliyanı özünə tabe etməyi də baçarmışdı.

Avropanın əsas münaqişələri –


Lakin 1949-cu ilə Madeyrada Böyük Britaniyanın rəsmi konsulluğu öz fəaliyyətinə başladı. Tarixi sənədlərdə Çörçillin öz həyat yoldaşı ilə birgə adaya səfər etdiyi də qeyd olunur. Sözügedən dövrdə Portuqaliya hökuməti Madeyra adalarına nəzarət edirdi, çünki adaları orta əsrlərdə ilk dəfə Portugal səyyahlar kəşf ediblər.

BMT-də aparılan müzakirələrdə adaların Poruqaliyaya aid olduğu qanuni şəkildə öz təsdiqini tapdı. Turizm baxımından adalar olduqca əlverişli ərazi sayılır; zəngin təbiəti, yaşıllığı və canlı aləmi ilə fərqlənməkdədir. Lissabon hökuməti turzimin inşafı üçün bu adalara böyük məbləğdə vəsait ayırmaqdadır.

Aland Problemi

Münaqişə İsveç və Finlandiya arasında Aland adaları uğrunda baş verib. Rusiya 1808-1809-cu illər savaşında İsveçə qalib gəldikdən sonra adaları Finlandiya Böyük Knyazlığı ilə birgə öz tərkibinə qatdı. 1854-56-cı illərin Krım müharibəsindən sonra Britaniya və Fransa məğlub olmuş Rusiyanı Baltik dənizində də sıxışdırmağa başladılar. Nəticədə Aland adaları üzərində nəzarət müttəfiqlərin əlinə keçdi.

Həmin dönəmdə Böyük Britaniyanın baş naziri Lord Palmerston Aland adalarının dərhal İsveçə verilməsi təklifini irəli sürdü, ancaq Rusiya kimi təhlükəli qonşunun təcavüzkarlığından ehtiyat edən İsveç təklifdən imtina etdi. Böyük Britaniya və Fransa adaları o şərtlə Rusiyaya qaytarmağa razı oldular ki, ərazi demilitarizasiya olunsun.

Belə də oldu, 1856-cı ilin Paris müqaviləsi ilə Aland hərbsizləşdirilir. I Dünya Müharibəsindən sonra Finlandiya öz müqəddəratını təyinetmə prinsipinə əsaslanaraq Rusiyanın tərkibindən çıxdı. Alandlılar da eyni addımı ataraq Finlandiyanın özünün tərkibindən çıxmaq istədiklərini bildirdilər. Mütləq qeyd olunmalıdır ki, yerli əhalinin 93%-i isveçlidir və adanın 3,3 hektar ərazisinə İsveç iddia edirdi. Finlandiya isə bütünlükdə adaya sahib olmağa çalışırdı.

Avropanın əsas münaqişələri –


Vəziyyət gərginləşərkən BMT-nin sələfi olan Millətlər Liqası bu məsələni öhdəsinə götürdü və rəsmi olaraq 1921-ci ildə Aland konvensiyasını qəbul etdi. Ada əhalisinin əksəriyyətinin əks tələbinə baxmayaraq, Aland Finlandiyanın tərkibində qaldı, lakin geniş muxtariyyət hüququ qazanmış oldu. Dövlət dili statusuna gəlikdə isə Alandda fin hökumətinin təyin etdiyi məmurlar rəsmi işlərini isveç dilində aparmağa məcburdurlar, çünki əhalinin əksəriyyəti bu dildə danışır (5% fin, 93% isveç dili). Təhsil də isveç dilindədir və fin dili sərbəst fənndir, tədrisi məcburi deyil. Alandda 5 il yaşamış və isveç dilini bilən kəs Finlandiya vətəndaşı olmaq şərtilə adalarda yaşaya bilər.

Alandda təhsil, mədəniyyət, polis, bələdiyyə və vergiqoyma, səhiyyə, sosial, poçt, sənaye, kommunikasiya, mülkiyyət və icarə, radio-televiziya proqramları kimi sahələr yerli hakimiyyətin yurusdiksiyasındadır. Bunlardan başqa, Alandın məhkəmələri, mülki hüququ, torpaq, bank və korporativ, əmək qanunvericilikləri də Finlandiyanın səlahiyyətindədir.

Finlandiya ilə Aland muxtariyyətinin sülh şəraitində uğurlu səlahiyyət bölgüsünün əsas səbəbi isə onların anlaşma şərtlərinə tolerant və qarşılıqlı hörmətlə yaşamalarıdır. Belə ki, Aland parlamentinin hansısa qərarına Finlandiya prezidenti veto qoyduqda nə yerlilər üsyan edir, nə də dövlət subyektini sıxışdırırlar. Finlandiya prezidentinin Aland parlamentinin qərarlarına münasibətdə vetosu “dəfedilməz”sayılır, yəni parlament bu vetonu ləğv edə bilməz, halbuki, Finlandiyanın öz parlamenti üçün prezidentin vetosu “dəfedilən”dir.

Alanddan kənarda 5 il müddətində yaşamış şəxs vətəndaşlığı itirmiş sayılır. Finlandiya dövləti hər il Aland muxtariyyətinə hökumət gəlirlərinin 0,45% dəyərində maliyyə yardımı ayrır, 2012-ci ildə isə Aland adaları üçün düz €195 milyon vəsait ayrılıb. Aland muxtariyyətinin 1954-cü ildən rəsmi bayrağı və Parlamenti var.

Azor problemi

Portugaliyalı dəniz səyyahları Hindistana səfər etmək məqsədilə yola çıxdıqları zaman, yəni 1477-ci ildə Azor adalarını kəşf ediblər. Bir müddət sonra isə portuqaliyalılar həmin ərazilərdə məskunlaşmağa başladılar. Lakin sonradan bu adalar İngiltərə-İspaniya arasında dəniz müharibələrinin getdiyi döyüş meydanına çevrildi.

Ümumiyyətlə, Azor adaları Portugaliya üçün liman, geostrateji və aviasiya imkanları baxımında çox böyük əhəmiyyət kəsb edir. Atlantik okeanında yerləşən bu adalar strateji önəmə malikdir.

Azor adaları I Dünya Müharibəsi zamanı ABŞ tərəfindən nəzarətə götürülüb, lakin buna cavab olaraq Kayzer Almaniyası tərəfindən bombalanıb. Sonralar bu adalarda Amerika ilə birgə Portuqaliyanın da hərbi bazası yaradıldı. Azor adaların geostrateji baxımdan əhəmiyyətli olmasını nəzərə alan Böyük Britaniya 1919-cu ildə bu ərazilərin bir hissəsini Portuqaliya ilə razışlaşaraq, icarəyə götürdü və həmin ərazidə Britaniya da hərbi baza qurdu. Nəhayət, adaların hansı ölkəyə məxsus olması məsləsində gəldikdə isə 1976-cı ildə BMT-də keçirilən müzakirələrdən sonra belə bir qərar qəbul edildi ki, Azor adaları Portuqaliyaya məxsusdur.



1981-83-cü illərdə Azor hökuməti müxtariyyət əsasında formalaşdırıldı və Portuqaliya dövlətinə aid edildi. Baxmayaraq ki, həmin adalara ABŞ və İngiltərənin də iddiaları vardı. Hazırda Azor hökuməti Portuqaliyaya tabedir və adalarda parlament fəaliyyət göstərir. Adanın sakinlərinə gəldikdə isə vurğulamaq lazımdır ki, böyük bir hissəsi katolik dininə mənsub olan portuqaliyalılardır, az sayda flamand və bretonlar yaşayır. Santa-Mariya adasında beynəxalq hava limanı yerləşir, Terceria adasında NATO-nun Atlantik okeanında yeganə hərbi bazası var.

Azor adaları Portuqaliya iqtisadiyyatında çox vacib rol oynayır. Bu adalarda bütün növ subtropik meyvələr yetişdirilir, əkinçilik məhsulları, o cümlədən, balıqçılıq geniş inkişaf edib.

Tirol Problemi

Avstriya və İtaliya arasında Cənubi Tirol konflikti zaman-zaman çox gərginləşib. Eyni vaxtda hər iki tərəfin Cənubi Tirola olan ərazi iddiası məsələni o həddə çatdırıb ki, Cənubi Tirolda alman mətbuatı, alman jurnalları, almanca danışmaq, `Tirol` və ya `Cənubi Tirol` ifadəsinin işlədilməsi İtaliya hökuməti tərəfindən yasaq edilib. Baxmayaraq ki, əhalinin 70%-ni almanlar, 30%-ni isə italyanlar təşkil edir.

Buna cavab olaraq, Cənubi Tirolda yaşayan alman dilli əhali İtalyan məktəblərinə baykot elan edərək, uşaqlarına özləri evdə almanca dərs deməyə başladılar. Əslində İtaliya dövlətinin yürütdüyü bu siyasət faktiki italyanlaşdırma məqsədi güdürdü, hətta alman soyadları dəyişdirilib İtalyan soyadları ilə əvəz edilirdi.

Şimali Tirol Avstriyada yerləşir, paytaxtı İnsbruk şəhəridir. Ancaq Tirolun cənub hissəsi İtaliyaya məxsusdur. Konflikt tədricən yumşaldıqdan sonra Cənubi Tirol muxtariyyətində iki dildə danışan xalqın birgə yaşaması ilə bağlı razılığa gəlindi. Cənubi Tirolda həm alman, həm də italyan dillərinin hüquqları qorunmağa başlanıldı.

Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, sosial və təhsil sahələrində qanunlar qəbul edilir. Digər muxtariyyətlərdə olduğu kimi, xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir. Yığılan verginin 90%-i əyalətdə qalır, ayrıca İtaliyanın dövlət büdcəsindən maliyyə yardımı da edilir.

Status anlaşmasına görə, əgər Cənubi Tirolda qəbul olunan hər hansı qanun İtaliya qanununa ziddiyyət təşkil edərsə, məsələ Konstitusiya məhkəməsində həll olunur. Cənubi Tirolda iki xalq arasında qarşıdurmanın yaranmaması üçün vəzifələrin əksəriyyəti rotasiya prinsipi ilə müəyyənləşir, yəni hansısa vəzifəyə bir müddət alman, o biri müddət isə italyan rəhbər təyin olunur. Parlament və komitələrdə həyata keçirilən səsvermədə etnik amilə diqqət yetirilir ki, hansısa qanunun qəbulunda iki xalqın mənafeləri toqquşmasın. Cənubi Tirol məsələsi ilk dəfə 1939-cu ildə Hitler və Mussolini arasında müzakirə mövzu olub. Müttəfiqlər arasında müəyyən razılıq əldə edilmiş və nasist Almaniyası Cənubi Tirolda yaşayan 250. 000 almanı Polşaya köçürməyi qərara almışdı. Bunun əvəzində isə İtaliya Cənubi Tirola çoxlu italyan yerləşdirməli idi.

Bu konflikt ilk dəfə 1960-cı ildə BMT-də geniş müzakirəyə çıxardıldı. Münaqişə ilə bağlı uzun zaman araşdırmalar aparıldı, nəhayət, 1961-ci ildə BMT-nin müzakirələri nəticəsiz başa çatdı. Tərəflərin öz cəhdilə 1971-ci ildə İtaliya və Avstriya arasında münaqişənin həll edilməsi ilə bağlı müqavilə imzalandı. Bir müddət sonra isə konfliktin həlli tərəflərin yaratdığı ədalət məhkəməsinə həvalə edildi.

Tərəflər öz üzərlərinə Cənubi Tirolun daxili işlərinə qarışmamaq öhdəliyini götürdülər və bu razılıq gərginliyi xeyli azaltdı. 1972-ci ildə İtaliya və Avstriya Cənubi Tirolun özünü idarə edə biləcəyi haqqında yekun rəsmi razılığa gəldilər. Problemə son qoymaq məqsədilə 1992-ci ildə rəsmi olaraq razılıq əldə olundu. Bu sülhü qoruyub-saxlamaq üçün 1996-cı ildə Cənubi, Şimali Tirol və Tirol Trentina arasında kiçik bir qrum yaradıldı. Qrumun başlıca prinsipi bölgədə sülhə nəzarət etmək idi. Həmin sülh qrumunun baş ofisi Brüsseldə yerləşir və AB çərçivəsində fəaliyyət göstərir. Hazırda Cənubi Tirolda 3 dildən istifadə edilir: alman, italyan və latın.

Triyest problemi

Triyestin ərazisi 212 km² təşkil edir və bölgədə 236.650 nəfər yaşayır. Uzun müddət italyan mədəniyyətinin və ticarətinin mərkəzlərindən biri olub. XIX əsrdə bu şəhər Avstriya-Macarıstanın imperiyasının nəzarətinə keçdi, amma I Dünya Müharibəsindən sonra Avstriyadan alınaraq İtaliyaya geri qaytarıldı. İtaliyanın məğlubiyyətindən sonra Triyestin bir hissəsi 1947-ci ildə sərbəst ərazi elan olundu, bir hissəsi isə Yuqoslaviyanın ixtiyarına keçdi. 1954-cü ildə İtaliya və Yuqoslaviya bölgənin ikiyə bölünməsini rəsmiləşdirmək qərarına gəldilər.

II Dünya Müharibəsindən öncəki Triyest, sonrakı Triyestdən ərazi baxımından kiçik idi, çünki müharibədən sonra Sloveniyanın bəzi əraziləri Triyestə aid edilmişdi. 1977-ci ildə imzalanan Osimo müqaviləsi ilə Triyestin 6 kiçik ərazisi İtaliyaya verildi. Triyestin bir hissəsinin Adriatik dənizə çıxışı var və beləcə, geostrateji əhəmiyyət kəsb edir, yəni regionda körfəz rolunu oynayır. Ərazinin bir hissəsi İtaliyaya, bir hissəsi Sloveniyaya, bir hissəsi də Xorvatiya ərazisinə düşür. Körəfizin Sloveniya və Xorvatiya hissəsi Pirano adlanır. Pirano 1991-ci ildən başlayaraq ayrıca formada tərəflər arasında mübahisəli ərazi rolunu oynayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...