PKK yenə hücuma keçdi: 3 polis yaralandı

PKK yenə hücuma keçdi: 3 polis yaralandı


Türkiyənin Şırnak bölgəsində polis maşını PKK terror təşkilatı üzvlərinin hücumuna məruz qalıb.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, yola yerləşdirilmiş bomba zirehli avtobus ərazidən keçən zaman işə salınıb. Hadisə nəticəsində 3 polis yaralanıb. Yerli vaxtla saat 11:30-da hücuma məruz qalan avtobusda cəmi 13 polis olub.
Yaralı polislər yaxınlıqdakı İdil qəsəbəsinin xəstəxanasına yerləşdirilib. Partlayış baş verən yolda nəqliyyatın hərəkəti dayandırılıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1203 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...