"Yaxın onillikdə Cənubi Asiyanın bu çayları quruya bilər" - Quterreşdən XƏBƏRDARLIQ

"Yaxın onillikdə Cənubi Asiyanın bu çayları quruya bilər" - Quterreşdən XƏBƏRDARLIQ

“Yaxın onilliklərdə Qanq və Cənubi Asiyanın digər çayları dayazlaşa bilər”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş deyib: “Yaxın onilliklərdə dünyanın ən bolsulu çaylarından biri hesab edilən Qanq dayazlaşa bilər. Cənubi Asiyanın bir sıra digər çaylarını da eyni aqibət gözləyir”, – Quterreş proqnozunu açıqlayıb.

“Buzlaqlar və buz təbəqələri yaxın onilliklərdə əriməyə davam etdikcə, Himalay çaylarının (Hind, Qanq və Brahmaputra) dayazlaşması hiss olunacaq. Dəniz səviyyəsinin qalxması və duzlu suyun daxil olması bu çayların geniş deltalarının çoxunu məhv edəcək. Buzlaqlar planetin ən böyük şirin su anbarıdır. Bu da qida, sağlamlıq və enerji istehsalını dəstəkləyir. Eyni zamanda, Yer kürəsində hər dörd nəfərdən biri (təxminən iki milyard insan) buzlaqların və mövsümi qarın əriməsi nəticəsində su təchizatını təmin edir”, – BMT baş katibi vurğulayıb.

“Biz təcili olaraq emissiyaları azaltmalı, uyğunlaşma tədbirlərini gücləndirməli və iqlim ədalətini təmin etməliyik. İnkişaf etməkdə olan ölkələr isə iqlim fəlakətlərinə uyğunlaşmaq və dayanıqlılıq yaratmaq üçün resurslara malik olmalıdırlar”, – deyə Quterreş fikirlərini tamamlayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...