Türkiyə bankları bir gündə 8-9 mlrd. dollar satıb

Türkiyə bankları bir gündə 8-9 mlrd. dollar satıb
Türkiyə lirəsinin (TL) kəskin ucuzlaşmasının qarşısını almaq üçün Türkiyə Mərkəzi Bankı (TCMB) əlavə dollar satışı həyata keçirib.

"APA-Economics" xəbər verir ki, bu barədə Bloomberg-ə TCMB-nin rəsmisi bildirilib. O deyib ki, Mərkəzi Bank bazardakı dəyişkənliyə qarşı lazım gəldikdə müdaxilə edir. Valyuta bazarındakı prosesləri yaxından izlədiyini vurğulayan rəsmi bankların bu gün 8-9 milyard dollar arasında valyuta satışı həyata keçirdiyini açıqlayıb.

Qeyd edək ki, Türkiyədə baş verən hadisələr fonunda bu gün dollar/TL məzənnəsi 11% ucuzlaşaraq 41 TL-yə qədər enib. Bu isə ən yeni rekord hesab edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
82 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...